Produsser Təranə Səmədova ilk dəfə qızının atasının kimliyini açıqladı Produsser Təranə Səmədova ilk dəfə qızının atasının kimliyini açıqladı

“Falçıya getdim, fevralda gördüm ki, övladım var” - Təranə Səmədova

Produsser Təranə Səmədova ilk dəfə qızının atasının kimliyini açıqladı

AzNews.az xəbər verir ki, ARB TV-nin "Boş anlar" verilişinə qonaq olan prodüsser Təranə Səmədova maraqlı açıqlamalar verib.

O, ilk olaraq falçıya getməsindən bəhs edib:

"Bir dəfə falçıya gedəndə yolun ortasında pişik balası gördüm. Tez maşını saxlayıb düşüb götürdüm. Sonra anasını tapıb yanına qoydum. Elə oradan bir falçıya getdik, o, mənə dedi ki, səni Allah mükafatlandırıb və övladın olacaq. 2009-cu ilin fevralında bildim ki, bətnimdə övladım var. Atası mənə dedi ki, ya uşaq ya da mən. Uşağı seçdim. Danışıb başa saldım ki, həyatda mənə stimul lazımdır, icazə ver uşağı dünyaya gətirim. Sağ olsun ki, icazə verdi. Bir neçə ay yanımda oldu, sonra ətrafın təzyiqləri nəticəsində ayrılmaq qərarına gəldi. Ona dedim ki, sən heç vaxt narahat olma, səni işıqlandırmayacam.

Daha sonra produsser dünyaya gətirdiyi övladından və onun atasından söz açıb:

"Uşağım Kərimdən deyil. Tamam başqa adamla olan münasibətdəndir. Sevgi ilə doğulan uşaqdır. Uşağım atası ilə bir dəfə cəmi telefonla danışıb. Mən övladımın idealıyam. Mənə bənzəmək istəyir".