Əməkdar artist, müğənni-bəstəkar Elza Seyidcahana ağır itki üz verib. Əməkdar artist, müğənni-bəstəkar Elza Seyidcahana ağır itki üz verib.

Elza Seyidcahana ağır itki: “Məni həmişə qapıda gözləyərdi”

Əməkdar artist, müğənni-bəstəkar Elza Seyidcahana ağır itki üz verib.

AzNews.az xəbər verir ki, sənətçinin 11 yaşlı pişiyi Ceyla ölüb. Sənətçi pişiyi ilə bağlı xatirələrini bölüşüb:

“Ceyla bizi tərk etdi. Həyatın qanunudur, hamımız bir gün gəlib, bir gün gedəcəyik. Əsas odur ki, xoş xatirələr qalsın. Ceyla 11 il bizimlə qaldı. Qızım Gülşən ona necə baxdı... Bəlkə bəzi insanlar heç öz valideynlərinə elə qulluq etməzlər. Hamını öpüb qarşılayır, yola salırdı. Əsərlərimi, şeirlərimi hamıdan yaxşı tanıyırdı. Səmərrux (nəvəsi – red.) ağlayan kimi tez yanına gedirdi, miyoldayıb bizi çağırırdı ki, gəlin. Hələ mən yolda olanda gəlişimi hiss edib, qapıda gözləyərdi. Heyvanların vəfasından danışmaqla bitməz”.

Qeyd edək ki, Elza Seyidcahan açıqlamasında pişiyinin xərçəng olduğunu bildirmişdi.

Bahar RÜSTƏMLİ

AzNews.az