14:16
(077) 610-22-33

Elza Seyidcahan: “Mən torba tikmirəm“

  • >
533 20 Fevral 2013 11:02 | Şou-biznes

Əməkdar artist Elza Seyidcahan yenə maraqlı açıqlamalar verib. Öz işlərindən Lent.az-a danışan müğənni: "Mən bu sənətə şou xatirinə gəlməmişəm. Danışığım da, düşüncəm də fərqlidi. Qızıl balıq kimi suyun üzünə qalxıram, dibinə enmirəm. Quyu qazmıram, torba tikmirəm. Öz sənətimlə məşğulam, enerjimi xoş əməllərə xərcləyirəm" - deyib

Daha sonra müğənni yeni layihəsindən də söz açıb: "Bəziləri söyləyir ki, guya ruhlara konsert verəcəyəm. Belə bir niyyətim yoxdur. Bu, kiminsə uydurmasıdır. Ancaq bu yaxınlarda, martın 5-də şəhid ailələrinə konsert verəcəyəm. Daha bir ilkə imza atacağam".
Bağla X