17:37
(077) 610-22-33

Məleykə Əsədova Ramiz Məliki məhkəməyə verir: Fahişə sözünə görə

  • >
19 439 3 Oktyabr 2017 09:51 | Şou-biznes

Akademik Milli Dram Teatrının aktyorları, xalq artisti Məleykə Əsədova ilə Ramiz Məlik arasında başlayan qalmaqal böyüyür.

AzNews.az xəbər verir ki, olanlardan əsəbiləşən Məleykə Əsədova həmkarını məhkəmə ilə hədələyib. Aktrisa bildirib ki, ailəsi haqqında deyilənləri Ramiz Məlikə bağışlamayacaq:

“Xalq artisti Ramiz Məlikin saytların birinə ailəm, anam-atamla bağlı verdiyi açıqlamadan sonra ciddi düşündüm. Biz onunla məhkəmədə görüşəcəyik. Mən ana-atamın ruhuna görə onu bağışlamayacam və o, qanun qarşısında işlətdiyi şərəf və ləyaqəti alçaldan sözlərə görə cavab verəcək. Bu yaşıma kimi heç bir məhkəməyə müaricət etməmişəm. Ancaq bu dəfə ailəmə dil uzatdılar”, - deyə aktrisa bildirib.

Məleykə Əsədovanın “Ramiz, indi qeyrətə gəlmisən? Mesajı qarşı tərəfi özündən çıxarıb. Xalq artisti “Fahişə elə fahişədir. Səni bütün Azərbaycan tanıyır. Tərbiyəsiz sənsən, 6 yaşın olanda atan ananı fahişəliyinə görə atıb getdi”.

Qeyd edək ki, Ramiz Məlik sosial şəbəkədə Məleykə Əsədova ilə bağlı yazılan xəbərin altında onun geyimlərinə görə irad tutub: “Məleykə, belə şəkillərlə özünü biabır etmə. İlk növbədə özünü yox, sənə verilən o fəxri adı və teatr kollektivini düşün”

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X