19:01
(077) 610-22-33

Röya Türkiyədə məşhur mükafata namizəddi

  • >
3 116 8 Oktyabr 20:04 | Şou-biznes

Əməkdar artist Röya Ayxan “Altın Kelebek”in namizədləri sırasına daxil olub.

AzNews.az istinadən xəbər verir ki, Röya burada “Ən yaxşı pop qadın müğənnisi” nominasiyası uğrunda mübarizə aparacaq. İndiyədək bu nominasiyalara Türkiyənin məşhur simaları Gülşen, Hande Yener, Hadise, Demet Akalın və başqaları sahib olub. Namizədlər arasında türk estradasının tanınmış qadın müğənniləri Ajda Pekkan, Burcu Güneş, Gülşen, Gülben Ergen, Hande Yener, Hadise, Sezen Aksu, Sertab Erener, Nilüfer və başqaları da yer alıb.

Qeyd edək ki, sayca 44-cü dəfə keçiriləcək “Altın Kelebek Türkiyə musiqi mükafatları”nda səsvermə dekabrın 10-na kimi davam edəcək.

Röyaya səs vermək üçün "Altın Kelebek Ödülleri"nin saytına daxil olmaq kifayətdir.

Bağla X