“Gözəllik qurban tələb edir” deyib şou-biznesdə plastik əməliyyat masasına uzanan sənət adamlarının sayı günbəgün artır. Xarici görkəmini dəyişmək üçün keçirilən əməliyyatlar bəzən bədbəxtliyə səbəb olur. Ən qəribəsi isə odur ki, sənət adamlarının plasik əməliyyat keçirməsi haqqında mediada, sosial şəbəkədə məlumatlar yer alsa da, özləri bunu əksər hallarda etiraf etmir. “Gözəllik qurban tələb edir” deyib şou-biznesdə plastik əməliyyat masasına uzanan sənət adamlarının sayı günbəgün artır. Xarici görkəmini dəyişmək üçün keçirilən əməliyyatlar bəzən bədbəxtliyə səbəb olur. Ən qəribəsi isə odur ki, sənət adamlarının plasik əməliyyat keçirməsi haqqında mediada, sosial şəbəkədə məlumatlar yer alsa da, özləri bunu əksər hallarda etiraf etmir.

Plastik əməliyyatla dəyişən azərbaycanlı məşhurlar - Fotolar

“Gözəllik qurban tələb edir” deyib şou-biznesdə plastik əməliyyat masasına uzanan sənət adamlarının sayı günbəgün artır. Xarici görkəmini dəyişmək üçün keçirilən əməliyyatlar bəzən bədbəxtliyə səbəb olur. Ən qəribəsi isə odur ki, sənət adamlarının plasik əməliyyat keçirməsi haqqında mediada, sosial şəbəkədə məlumatlar yer alsa da, özləri bunu əksər hallarda etiraf etmir.

AzNews.az plastik əməliyyat keçirən məşhurları təqdim edir:

Xalq artisti Flora Kərimova - Azərbaycanda ilk estetik əməliyyat keçirən sənətkardır. O, Gürcüstanda burun əməliyyatı keçirib. İllər sonra isə üzündə və boğazında da əməliyyat etdirib.

Xalq artisti Brilliant Dadaşova - müğənni dodaqlarında və bədənin bir neçə nahiyələrində plastik əməliyyat etdirib. Sənətçi bu əməliyyatları Türkiyədə həyata keçirib.



Xalq artisti Aygün Kazımova - dodaqlarında və burnunda çoxlu sayda əməliyyatlar keçirib. Hətta o, əməliyyatlarının birini “Tez gəl” adlı mahnısına çəkilmiş klipində lentə aldırıb. Müğənni bütün əməliyyatları barəsində mətbuata açıqlamalar verib.

Roya Ayxan - burnunu əməliyyatla kiçildib. Lakin bu əməliyyat uğursuz alınıb. Bundan əlavə o, dodağını da estetik əməliyyat etdirib.

Xalq artisti Faiq Ağayev - də plastik əməliyyat etdirənlər sırasındadır. Sənətçi əsasən üz nahiyyəsində və həmçinin gözlərinin kənarlarında əməliyyatlar etdirib.

Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədova - dodağında və üz dərisində plastik əməliyyat etdirib. Amma nədənsə o, bu əməliyyatlarını həmişə xalqdan gizlin saxlayıb.

Nura Suri - əməliyyat keçirən sənət adamları arasındadır. Müğənni dəfələrlə Sankt - Peterburqda plastik əməliyyat etdirib. O, bu addımı illər öncə keçirdiyi avtomobil qəzasından sonra atıb.

Rəqsanə İsmayılova - 10 dəfədən çox əməliyyat masasına uzanıb. Bədəninin müxtəlif yerlərini korreksiya etdirib, o cümlədən üzündə də estetik əməliyyatlar aparıb. Rəqsanə hər keçirdiyi əməliyyat haqqında mətbuatı məlumatlandırıb.

Nadir Qafarzadə - dəfələrlə plastik əməliyyat etdirib. O, “sənət adamıyam. Lazım gəlsə, yenə də plastik əməliyyat etdirəcəm. Mən burada heç bir qəbahət görmürəm” deyə mediaya bildirib.

Plastik əməliyyat etdirənlər arasında Cavanşir Məmmədov, Vasif Məhərrəmli, Elariz Məmmədoğlunun da adı hallanır. Onlar vaxtsız saç tökülməsindən şikayətlənib və əməliyyat yolu ilə bunun qarşısını almağa çalışıb.

Bahar RÜSTƏMLİ

AzNews.az