08:30
(077) 610-22-33

Aygünlə Röya Türkiyədə də rəqib oldular

  • >
494 21 Fevral 2013 14:19 | Şou-biznes

Xalq artisti Aygün Kazımovanın Türkiyədə keçirilən "Müzik ödülləri" yarışmasında "Ən yaxşı qadın sənətçi" və "Ən yaxşı sinql" nominasiyası üzrə namizəd olduğu haqda xəbər vermişdik.

Axşam.az-ın məlumatına görə, daha bir azərbaycanlı müğənni adı çəkilən müsabiqəyə qatılıb.
Belə ki, müğənninin illərdir küsülü olduğu Röya da "Müzik odülləri"ndə eyni nominasiyalar üzrə şansını sınayacaq.

Hər zaman eyni məkanda olmaqdan qaçan iki sənətçi aprel ayının 11-də "İstanbul Konqre Mərkəzi"ndə gerçəkləşəcək "Türkiyə Müzik ödülləri" Qala gecəsində üz-üzə gələcək.

Həmyerlilərimizə səs vermək üçün bu linkə daxil olub anketi doldurmaq lazımdır:
http://turkiyemuzikodulleri.com/vote_entry.asp

Səsinizin qeydə alınması üçün bir kateqoriya üzrə beş namizədə səs verilməlidir. Əks halda səsiniz aktiv hesab olunmayacaq.
Bağla X