Müğənni Könül Kərimovanın verilişlərin birinə geyindiyi paltarın qiyməti müzakirələrə yol açıb. Müğənni Könül Kərimovanın verilişlərin birinə geyindiyi paltarın qiyməti müzakirələrə yol açıb.

Könül Kərimova 22 min dollarlıq paltarından danışdı: “Niyə məndə olmasın?”

Müğənni Könül Kərimovanın verilişlərin birinə geyindiyi paltarın qiyməti müzakirələrə yol açıb.

AzNews.az xəbər verir ki, müğənninin televiziya verilişlərinin birinə 22 min dollarlıq paltar geyinməsi sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub. İstifadəçilər müğənninin bu addımını qınayaraq,onu tənqid ediblər. Könül Kərimova AzNews.az-a açıqlamasında sözü gedən paltarından danışıb:

“Bu paltarı mən Türkiyə modellərinin birinin əynində gördüm. Çox bəyəndim. Fikirləşdim ki, niyə məndə olmasın? Buna görə də o modelin eynisini tikdirdim. Paltarın yuxarısı əl işləridir və mənə 2200 manata başa gəlib. Mən bir paltara 22 min dollar pul verən sənətçiyə oxşayıram? O qədər çaşmamışam, elə səhvə yol vermərəm”.

Bahar RÜSTƏMLİ

AzNews.az