Tanınmış müğənni Nura Suri ARB TV-də “Məşhurla bir gün” proqramının qonağı olub. Tanınmış müğənni Nura Suri ARB TV-də “Məşhurla bir gün” proqramının qonağı olub.

Həmin reklamlara çəkilməkdən imtina etmişəm - Nura Suri

Tanınmış müğənni Nura Suri ARB TV-də “Məşhurla bir gün” proqramının qonağı olub.

AzNews.az xəbər verir ki, verilişdə maraqlı açıqlamalar verən ifaçı ət yeməklərindən yavaş-yavaş imtina etdiyini deyib:

“Heyvanların qorunması üçün təbliğat aparıram. Ət yeməyini azaltmışam. Özümü çox yaxşı hiss edirəm. Tamamilə ətdən imtina edə bilməmişəm. Çünki, evdə övladım var. David 9 yaşındadır. Ona da təklif edirəm ki, gəl ətdən imtina edək”.

İfaçı xəz reklamlarına çəkilmədiyini də bildirib:

“Heç vaxt məni xəz reklamında görə bilməzsiniz. Pula ehtiyacım olub, mənə xəz reklamına çəkilmək təklif olunub, ancaq qəbul etməmişəm. Mənim üçün elə şeylər var ki, onlar puldan daha dəyərlidir”.