Günel Tatlısəsin köhnə mahnılarını oxuyacaq Günel Tatlısəsin köhnə mahnılarını oxuyacaq

Azəri qızının Tatlısəslə ortaq layihəsi

Günel Tatlısəsin köhnə mahnılarını oxuyacaq



Türk musiqisinin kralı İbrahim Tatlısəsin klassik mahnılarından ibarət albom hazırlanır. Albomdakı bütün mahnılar Azəri qızı Günelin ifasında səslənəcək.

Müğənni Azəri qızı Günel AzNews.az-a açıqlamasında bildirdi ki, bu təklif ona İbrahim Tatlısəsdən gəlib: "İbrahim bəyin ilk vaxtlarda oxuduğu klassik mahnılar var. Hansı ki, o mahnıları heç kim oxuya bilmir. İbrahim bəy mənə dedi ki, "Günel xanım, mən bu mahnıları sizin ifanızda dinləmək istəyirəm. Bilirəm ki, sən bu mahnıları gözəl oxuyacaqsan". Mən də razı oldum. Hazırda İbrahim bəyin repertuarından 13 mahnı seçdik, onun üzərində iş gedir. Mahnılar hazır olan kimi bir albom halında təqdim olunacaq".

Müğənninin sözlərinə görə, sözügedən mahnılar albomla birlikdə böyük bir konsert layihəsində təqdim olunacaq: "İbrahim bəydən sonra bu mahnılar mənim ifamda böyük tamaşaçı auditoriyasına təqdim olunmalıdır. Mənim də belə bir istəyim var. Amma konsertin zamanı məlum deyil".

Bahar Rüstəmli
AzNews.az