ARB telekanalında yayımlanan "Səhər-Səhər" verilişinin qonağı Nazpəri Dostəliyevanın özü kimi müğənni bacısı Zeynəb Dostəliyeva olub. ARB telekanalında yayımlanan "Səhər-Səhər" verilişinin qonağı Nazpəri Dostəliyevanın özü kimi müğənni bacısı Zeynəb Dostəliyeva olub.

"Qızımın bir yaşı var idi, mən o kişi ilə görüşürdüm" - Dostəliyeva

ARB telekanalında yayımlanan "Səhər-Səhər" verilişinin qonağı Nazpəri Dostəliyevanın özü kimi müğənni bacısı Zeynəb Dostəliyeva olub.

AzNews.az xəbər verir ki, xanım müğənni ilk həyat yoldaşından boşanma səbəbindən danışıb:

"Böyük qızım təzə olmuşdu. Qızımın 1 yaşı var idi, mən onunla görüşürdüm. Evləndik də. Bu, mənim ikinci evlilyim idi. Birinci alınmadı nə isə. Əmim oğlu idi, istəmirdim onu. Uşaq idim, məktəbdə oxuyurdum nişanladılar məni. Məktəbə getmişəm sevincək, konfet paylayıram uşaqlara. Üzüyü qızlara sevinə-sevinə göstərirdim. 5-ci sinifdə oxuyurdum o zaman. 5 il nişanlı qaldım. Əmim oğlu elə yaxşı insan idi, quzu da. Amma ağlım kəsəndən sonra anladım ki, mənə çəkinəcəyim bir insan lazımdır. O insan gözəl insan idi. Mən səhərlər duranda görürdüm ki, səhər yeməyini hazırlayırdı. Yavaş-yavaş qapını döyürdü ki, "Əmi qızı, dur gəl"".

Verilişin aparıcısı Elgiz müğənniyə "İllər keçəndən sonra əmin oğlundan ayrıldığına peşman oldunuz?" sualı ilə müraciət edib. Zeynəb Dostəliyeva aparıcının sualına "Yaxşı ki, onu vaxtında evləndirdik. Elə özümüz evləndirdik. Toyun da etdik, hər şey də aldıq yaxşı-yaxşı. Mənlik adam deyildi də. Mən rəhmətlik yoldaşıma ərə gedəndən sonra hamilə idim. Əlimdə anamgildən evə nəsə gətirirdim, deyirdi "Zeynəb, dayan mən sənə kömək edim. Sən daşıma. İndi də münsaibətimiz çox gözəldir" sözləri ilə cavab verib.