Müğənni Xatirə İslam “Sənsizləmişəm” mahnısının qarşılığında yarım saat pulsuz oxuyub. Müğənni Xatirə İslam “Sənsizləmişəm” mahnısının qarşılığında yarım saat pulsuz oxuyub.

Xatirə “Sənsizləmişəm”in haqqını necə ödəyib? - Yarım saat pulsuz… + VİDEO

Müğənni Xatirə İslam “Sənsizləmişəm” mahnısının qarşılığında yarım saat pulsuz oxuyub.

AzNews.az-a daxil olan məlumata görə, sözü gedən mahnının sözləri Xatirə İslamın xoşuna gəlib və onu repertuarına əlavə edib. Mahnının sözlərinin müəllifi şair Əvəz Qurbanlı isə Xatirə İslamdan bunun qarşılığında heç nə istəməyib. Yəni şair yaradıçılığının qarşısında sənətçidən pul almayıb.

Xatirə İslam isə müəllifin haqqını onun öz toyunda yarım saat pulsuz oxumaqla qarşılayıb.

Qeyd edək ki, Xatirə İslamın ifa etdiyi "Sənsizləmişəm" mahnısı 2006-ci ilin hiti olub. Həmin mahnı müğənniyə uğur gətirib və ifaçıya daha da populyarlıq qazandırıb.

Hazırda isə Xatirə İslamın toy qiymətinin 8000-12000 min manat arasında olduğu deyilir.

Bahar RÜSTƏMLİ
AzNews.az