İbrahim Tatlısəsi azərbaycanlı həkim müalicə edir

"İbrahim Tatlısəs 6 aydan sonra səhnəyə çıxacaq". Bunu AzNews.az-s açıqlamasında Azəri qızı Günel dedi.

Onun sözlərinə görə, dünya şöhrətli müğənninin müalicəsini azərbaycanlı həkim İbrahim Əliyev davam etdirir: "Hazırda Tatlısəsin müalicəsilə İbrahim adlı həkim məşğul olur. Hazırda aparılan müalicə metodu ona Almaniyada məsləhət görülüb. Amma nədənsə o, buna razılıq verməyib. Müalicə metodu hər gün davam edir. Allaha şükür olsun, indi İbrahim bəy yaxşıdır, əzələləri açılıb".

Bahar Rüstəmli
AzNews.az