Əməkdar artist Tünzalə Əliyeva ( “Toppuş bacı” ) özünə iş axtarır. Əməkdar artist Tünzalə Əliyeva ( “Toppuş bacı” ) özünə iş axtarır.

"Toppuş bacı" iş axtarır - “Məni teatra götürmürlər”

Əməkdar artist Tünzalə Əliyeva ( “Toppuş bacı” ) özünə iş axtarır.

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, aktrisa bu barədə “Səhər-səhər” verilişində deyib:

“Aktyor mütləq teatrda çalışmalıdır. Çox istəyərdim ki, teatrda işləyim. Amma mənə uyğun rol tapılmır. Məni heç bir teatrda işə götürmürlər, onlara lazım deyiləm. Bir neçə teatra müraciət etdim. Cavab verdilər ki, “Get gözlə, hələ tamaşa yoxdur. Sənə uyğun obraz olanda çağırarıq”. Hələ xəbər etməyiblər”.