Əli Mirəliyev: “Elza Seyidcahanın səsi yoxdur”

Əməkdar artist Elza Seyidcahan yenə özünə tərifləməklə diqqətləri üzərinə çəkib. Allah tərəfindən ona vergi verildiyini deyən bəstəkar, həm də gözəl səsi ilə öyünüb.

Müğənni Əli Mirəliyev isə AzNews.az-a açıqlamasında bildirdi ki, E.Seyidcahanın səsi özünün iddia etdiyi kimi yüksək səviyyədə deyil: "Elza xanımın bəstəkarlığını inkar etmirik. Bəstəkardır, amma gözəl səsi yoxdur. Gözəl səs başqa şeydir. Elza oxumasa hörməti də olar, izzəti də. Onda Teymur Əmrah kimi müğənnilik səsi yoxdur. Hay-huyla deyil ki. Səhnə başqa şeydir".

Bahar Rüstəmli
AzNews.az