Əməkdar artist Hüsniyyə Mürvətova yeni seriala çəkilir. Əməkdar artist Hüsniyyə Mürvətova yeni seriala çəkilir.

“Ayrılmış qadınam, sevgilim də var” - Aktrisa

Əməkdar artist Hüsniyyə Mürvətova yeni seriala çəkilir.

AzNews.az xəbər verir ki, aktrisa Axşam.az-a açıqlamasında bildirib ki, ekran işi ATV-də yayımlanacaq.

Mürvətova “Yarpaqlar” adlanan serialın maraqlı ssenarisi olduğunu deyib:

“Serialımız dekabrın 7-dən yayıma başlayır. “Yarpaqlar”ın rejissoru Natiq Novruzov, ssenari müəllifləri Rəşad Səfərov və Züleyxa Şirinovadır. Qarabağ hadisəsindən qaynaqlanır. Orada itkin düşən qızın həyatı əks olunub. Burada ana obrazını canlandırıram. Həyat yoldaşımı isə Fizuli Hüseynov oynayacaq. Ayrılmış qadınam, sevgilim də var. Çox maraqlıdır... Əminəm ki, tamaşaçılar bəyənəcklər”.