Aktrisa Pərvin Abıyeva Türkiyə mətbuatına müsahibəsində Azərbaycan kişilərini təhqir etməsinə aydınlıq gətirib. Aktrisa Pərvin Abıyeva Türkiyə mətbuatına müsahibəsində Azərbaycan kişilərini təhqir etməsinə aydınlıq gətirib.

Aktrisa Azərbaycan xalqını təhqir etdi: “Kişi olmayanlar...”

Aktrisa Pərvin Abıyeva Türkiyə mətbuatına müsahibəsində Azərbaycan kişilərini təhqir etməsinə aydınlıq gətirib.

AzNews.az xəbər verir ki, aktrisa Azərbaycanın müasirləşdiyi qədər də cəmiyyətin düşüncə tərzinin köhnə olduğunu deyib:

“Yenə Pərvin daş oldu çoxlarının başına. “Nə vaxtdan bizim kişilərimiz romantik deyil, bir az da köhnə fikirlidir” sözü təhqir olub? Biri çıxsın desin ki, bu təhqirdir. Düz deyirəm, ölkəmiz nə qədər müasirləşsə, gözəlləşsə də düşüncə tərzimiz hələ də köhnədir. Aktrisa, aparıcı və ya müğənni oldun fahişəsən, azad yaşadın fahişəsən, bosandın fahişəsən. Kişi olmayanlar da indi ayağa qalxdı. Nə olub? Biz öz həyatımızı yasaya bilmirik. Ancaq başqasının həyatına müdaxilə edirik, başqalarını qınayırıq. Köhnə fikirli olmaq təhqir deyil. Belə insanlar hər birimizin ailəsində var. Söyüşlərinizi saxlayın özünüzə. Mən heç kimin alqışı ilə doğulmamışam, qarğışı və söyüşləri ilə də gedəm. 80% bu belədir. Biz müasirləşə bilmirik, demişəm sözümün üstündə də dururam”.

Qeyd edək ki, aktrisa Pərvin Abıyeva Türkiyə mətbuatına müsahibəsində Azərbaycan kişilərini təhqir edib. Aktrisa sevgili olduğu deyilən türkiyəli müğənni Rafet El Romanla bağlı suala belə cavab verib:

“O, çox romantikdir. Bilmirəm mənə elə gəlir, amma ümumi mənada sevimli görünüşü var. Bizim Azərbaycan kişiləri belə deyil...Onlar biraz kobud və köhnə fikirlidirlər. Türkiyə kişiləri qədər romantik deyillər”.

Bahar RÜSTƏMLİ

AzNews.az