Əməkdar artist Aygün Bəylər ailə qurur. Əməkdar artist Aygün Bəylər ailə qurur.

Aygün Bəylər ərə gedir

Əməkdar artist Aygün Bəylər ailə qurur.

AzNews.az xəbər verir ki, bu barədə onun prodüseri Soltan sosial şəbəkədə məlumat verib.

“Bu gündən etibarən Aygün Bəylərlə yollarımı ayırdım. Onun haqqında mənə sual verməyin. İş birliyi də, dostluq da bitdi. O, seçimini etdi və artıq həyat yoldaşı ilə xoşbəxtdir. Biz də bir dost kimi onun xoşbəxt olmağına sevinirik. Toyunda iştirak etməyəcəm. Beş ildir ustadın ən sadiq və güvəndiyi dostu idim, ancaq bitdi. Mən ustadımla yollarımı ayırsam da, onu heç kimə, heç nəyə satmaram”.

Xatırladaq ki, illər öncə Aygün Bəylər bir müddət xarici ölkədə yaşadı. Həmin vaxt onun evlənməsi ilə bağlı xəbərlər yayılmışdı.

Bahar RÜSTƏMLİ
AzNews.az