Müğənni Roza Zərgərli övladını gizlədən sənət adamlarını qınayıb. Müğənni Roza Zərgərli övladını gizlədən sənət adamlarını qınayıb.

Müğənni həmkarları haqda - "Bəzilərinin uşaqları biədəb formada ortalıqdadır"

Müğənni Roza Zərgərli övladını gizlədən sənət adamlarını qınayıb.

AzNews.az Axşam.az-a istinadən xəbər verir ki, bunu sənətçi "Günə son" verilişində deyib:

"Övladını göstərməmək boş şeylərdir. Azərbaycanda paparassi yoxdur. Uşaqlarının fotoları İnstaqramda var.

İlk dəfə qızımı maqazin proqramları çəkəndə o biri övladlarımı çəkmirdilər. Belə lazım idi. Onda uşaqların öz fikirləri yox idi. Qorxurdum ki, bu aləmə girsələr, sonra yığa bilmərəm. Elə sənət adamlarımız var ki, uşaqları bu aləmdədir. Onu indi yığa bilmirlər. Ata-ana bir yana qalıb, uşaq daha biədəb formada ortalıqdadır".

Roza uşağının toyunu mediaya qapalı edən sənət dostlarından söz açıb:

"Oğlum evlənəndə onun üçün problem olmayacaq, media çəkəcək. Amma qızım toyunda az müğənni görmək istəyər. Medianı isə heç istəməz".