Müğənni Sevda Sanəliyevanın həyat yoldaşı Cəmil onunla ailə münasibətindən danışıb. Müğənni Sevda Sanəliyevanın həyat yoldaşı Cəmil onunla ailə münasibətindən danışıb.

"Açıq-saçıq geyinməsinə qadağa qoymuşam" - Azərbaycanlı müğənninin əri

Müğənni Sevda Sanəliyevanın həyat yoldaşı Cəmil onunla ailə münasibətindən danışıb.

AzNews.az Yenicag.az-a istinadən xəbər verir ki, müğənninin əri Sevdaya qoyduğu qadağalardan danışıb:

“Sevda mənim xasiyyətimi bildiyi üçün onunla mübahisə etmirik. Evləndiyimiz ilk gündən onunla şərt kəsmişəm: açıq-saçıq geyimlərə qadağa qoymuşam. Bir də gecə saat 12-dən sonra heç kimlə nə sosial şəbəkədə yazışmasına, nə də telefonla danışmasına icazə vermirəm. Gizlətmirəm, onu çox qısqanıram, buna görə də hər yerə bərabər gedirik. Hər zaman gözümün önündədir. İki övladımız var, bu günə qədər Sevda sözümdən çıxmadığı və mənə hörmətlə yanaşdığı üçün hələ də bir yerdəyik. İnşallah, qurduğumuz bu xoşbəxt ailəni sona qədər davam etdirəcəyik. Ona görə çox şeylərdən keçmişəm və sona qədər də keçməyə hazıram”.