11:48
(077) 610-22-33

Murad Dadaşov 23 kq arıqladı

  • >
377 28 Fevral 2013 14:08 | Şou-biznes

Tanınmış şoumen Murad Dadaşov efirdən kənarda olmasının səbəbləri haqda danışıb.

Bu barədə "Qafqazinfo"ya açıqlama verən Dadaşov bildirib ki, o, bir müddət Amerikada olub və ona görə də efirlərdə görsənməyib: "Təxminən yeddi ay idi ki, ölkədən kənarda idim. Prodüsserlik istiqamətində təhsilimi daha da artırmaq üçün Amerikaya getmişdim".

Yeni layihələr üzərində işlədiyini deyən şoumen bu dəfə "Lider" televiziyası ilə deyil, müxtəlif yerli telekanallarla işbirliyi quracağını söyləyib. Maşın şousunu yenidən efirə qaytarmağı düşündüklərini deyən Murad bu haqda deyib: "Bu realiti şounun yenidən efirdə yayımı üçün bizə çox zənglər gəlir. Ümidvarıq ki, tamaşaçılarımızı yenidən sevindirə biləcəyik".

Murad Dadaşov daha sonra otuz kiloqram arıqlayaraq yeni imicə sahib olması haqda da danışıb: "Mən o obrazla sizi çox bezdirmişəm. İstəyirəm ki, arıqlayım. Artıq iyirmi üç kilo arıqlamışam. Hədəfim yetmiş beş kilo olmaqdır. Buna görə, otuz kilo da arıqlayacağam".

Şoumen "M qrup" prodakşının on yaşının tamam olması münasibəti ilə şirkətin bu il də böyük uğurlara imza atacağını deyib: "Dünya şöhrətli bir layihəni almışam. Bu layihənin iki illik hüquqları məndədir. Aprel-may aylarında həmin layihə işıq üzü görəcək".

AzNews.az
Bağla X