Elariz Məmmədoğluna aşiq olan məşhur kimdir?

Müğənni Mətanət İsgəndərli şok etirafda bulunub. O, sənət yoldaşı Elariz Məmmədoğlunu sevdiyini dilə gətirib.

Müğənni Elariz Məmmədoğlu AzNews.az-a açıqlamasında eşitdiklərinə inana bilmədiyini dedi: "Bunu Mətanət xanım deyib? İnana bilmirəm".

"Mətanət xanımın sizcə sevgi etirafının arxasında nə dayanır" sualına isə müğənninin cavabı belə oldu: "Bəlkə bunun cavabını onun elə özü versin? Mən də həmişə onu sevmişəm. Sənət yoldaşı, müğənni və gözəl bir qadın kimi... Onun sənətinə isə xüsusi hörmətim olub. Mətanət həqiqətən də sevilməyə layiq qadındı. Allah onu xoşbəxt eləsin".

Bahar Rüstəmli
AzNews.az