00:12
(077) 610-22-33

Səməd Səmədov Nazpərinin dediklərini təkzib etdi

  • >
473 1 Mart 2013 16:04 | Şou-biznes

“İlhamə Quliyeva ilə münasibətlərim normaldır”




Xalq artisti Nazpəri Dostəliyeva İlhamə Quliyeva ilə bağlı prezidentə müraciət edib. O, həmin müraciətdə İlhamə xanım tərəfindən təhdid olunan bir neçə həmkarının adını çəkib:

"Bilmək istəyirəm ki, hansı əsaslarla İlhamə Quliyeva məni və digər xalq artistlərini, o cümlədən Məleykə Əsədovanı, Nisə Qasımovanı, Brilliyant Dadaşovanı, Səməd Səmədovu və digərlərini təhdid edir".

Qalmaqalda adı hallandırılan xalq artisti Səməd Səmədov bununla bağlı AzNews.az-a açıqlamasında bildirdi ki, xalq artisti İlhamə Quliyevadan təhdid görməyib: "İlhamə xanımla bir dövr vardı ki, aramızdan qara pişik keçmişdi. Amma bu gün istər İlhamə, istərsə də Flora xanımla yaxşı münasibətdəyəm. Mənim onlara məsləhətim yersiz olar. Amma yaxşı olar ki, adımı qalmaqalda hallandırmasınlar. Mən yeganə müğənniyəm ki, qalmaqaldan uzağam. Əli Mirəliyev yaxamdan tutub iki əlli yapışdı. Amma mən ona cavab vermədim. Bu xanımlar da mübahisələrini öz aralarında həll etsinlər. Mənə İlhamə xanım heç bir vaxt hədə-qorxu gəlməyib".

Bahar Rüstəmli
AzNews.az

Bağla X