08:38
(077) 610-22-33

"Nailə Mirməmmədlinin Azərbaycan musiqisindən xəbəri yoxdur" - İttiham

  • >
421 2 Mart 2013 10:42 | Şou-biznes

“Sən ki, not bilirsən, get simfoniya yaz də...”



Bəstəkar-müğənni Hacı Nazimin AzNews.az-a müsahibəsi:



- Bəstəkar Nailə Mirməmmədli Azərbaycan musiqisinin bugünündən narazılıq edib. O Azərbaycan musiqisinin teleyindən narahat olduğunu ifadə edərək, mahnılarda "skripka"ların, yarımpərdəli notların artmasından narahat olduğunu bildirib...

- Nailə Mirməmmədli əbəs yerə narahat olur. Onun qorxusunu məntiqsiz hesab edirəm. Nailə xanımın özünün bir neçə bəstəsində, məsələn, müğənni Sevda Yəhyayevaya verdiyi mahnıların oronjimanında "skripka"lar və yarımpərdəli notlar var. Sonra Royanın Niyaməddinlə "Qocalma ay ürək" duetini mən Türkiyədə aranjiman etdirmişəm. Əgər yarımpərdəli notlar onu narahat edirsə, onda niyə bunları edir?

Azərbaycan musiqisi bizim birinci xanımımızın, Mehriban xanım Əliyevanın dəyər və dəstək verdiyi musiqidir. Hansı ki muğam müsabiqəsindən onlarla gözəl ifaçılar çıxıb. Bu cür xanəndələr Azərbaycan musiqisini təmsil edir. Nəzakət Teymurova, Arif Babayev, ən nəhayət, konservatoriyanın xanəndəlik məktəbini qurtaranlar var. Bunlar Azərbaycan musiqisinə xidmət edirlər. Azərbaycanı xaricdə bunlar təmsil edir. Onda Nailə Mirməmmədli Azərbaycan televiziyasını izləmir, ancaq radionu açıb öz mahnılarını eşidir. Öz mahnılarında həmin o dediyi yarımpərdələri görüb əsəbiləşir. Azərbaycan musiqisini yaşadanların nə qəlbinə dəymək olar, nə də haqqını yemək olar. Nailə xanım niyə belə danışır?

- Sizcə Nailə Mirməmmədlinin bu ittihamının arxasında nə dayanır?

- Bilmirəm. Qoy onun cavabını özü versin. Ay Nailə xanım, deyirsən ki," məni Azərbaycan musiqisinin taleyi narahat edir". Sən özün Azərbaycan musiqisinin teleyi üçün belə narahatsansa onda sual edirəm. Siz özünüz nə etmisiniz? Biz təhsilsiz bəstəkarıq, sizsə Tofiq Quliyevin tələbəsisiniz. Sən ki, not bilirsən, get simfoniya, əsər, opera yaz. De ki ay Azərbaycan tamaşaçısı, mən bunu sənə hədiyyə etdim, nə vaxtsa ölüb gedəcəm, amma heç olmasa operam yaşasın. Mən onun yaradıcılığı ilə tam məlumatlı deyiləm. Bəlkə ola bilsin ki, onun bir neçə əsərləri var. Amma burada mən günahkar deyiləm. Deməli, o, özünü daha çox mahnı bəstəkarı kimi tanıdıb. Zəhmət çəkib simfoniyasını da təqdim edəydi. Eşitməmişəmsə deməli, onun simfoniyası yoxdur. Onda getsin daha ciddi sənətlə məşğul olsun.

- Deyirsiniz Nailə Mirməmmədli Tofiq Quliyevin tələbəsi olub. Amma etiraf edək ki, Azərbaycan musiqi sənətində adını çəkdiyiniz bu bəstəkarın özünəməxsus mahnı janrı olub.

- Bəli. Nailə xanım onun əlindən su içib. Bəlkə də onun yeganə tələbələrindən olub. Saçı-başı ağarıb, ağbirçək insandı. Yazırsan yaz, amma heç olmasa müəllimindən bəhrələn. Opera və Balet Teatrında bircə baletin qoyulsun. Deyək ki, bu adam mahnı janrından qıcıqlandı, ciddi sənətə meyl etdi. Azərbaycan musiqisini uçurumdan qaytardı. Bunu edib? Yox. Bu gün Azərbaycan musiqisində nə qədər məşhur müğənnilər varsa, hamısı onun mahnılarını oxuyur. Mən Nailə Mirməmmədli sənətini bəyənirəm, dəyərləndirirəm, qəbul edirəm, mahnılarına qulaq asıram, lirikasını sevirəm. Amma bu ona əsas vermir ki, o, Azərbaycan musiqisinin haqqında bu cür danışsın. Onda onun Azərbaycan musiqisindən xəbəri yoxdur. Nəzakət kimi canlı korifey var. Onlar caz oxuyur, yoxsa çetvert? Zamanında mən tar-kamança ilə oxumuşam. Qazaxstanda, İranda qala konsertlərdə iştirak etmişəm. Məni səhnədən 15 dəqiqə buraxmayıblar. Səhnəyə məsuliyyətlə yanaşırdıq. O bu gün də var. Amma o məsuliyyət ciddi sənətdədir, şou-biznesdə yox.

Onu narahat edən Azərbaycan musiqisi deyil. Getsin Nəzakət Teymurovaya qulaq assın, görək ondan sonra narahat olacaq ya yox. O, ildə üç dəfə orkestrdən konsert verir. Daha çıxıb bilmədiyi şeydən danışmır.

Bahar Rüstəmli
AzNews.az

Bağla X