17:35
(077) 610-22-33

“Axı bu bədbəxt nə etsin?” - Xalq artisti estetik əməliyyatdan danışdı

  • >
2 135 12 Yanvar 15:34 | Şou-biznes

Xalq artisti Amaliya Pənəhova bütün estetik əməliyyatları sənəti və tamaşaçıları üçün etdiyini deyib.

AzNews.az xəbər verir ki, ARB TV-nin "Günə son" verilişinin qonağı olan Xalq artisti Amaliya Pənahova maraqlı açıqlamalar verib:

"Mənə telefonla zəng edib hansısa məsələdə fikir alanda cavab vermirəm. Çünki qarşımdakını tanımıram. Üzbəüz verirəm müsahibələri. İnciyənlər də olur. Sonra şəkillərimi fotoşop edib, yalan-yalan şeylər yazırlar. Sənə nə var mənim sifətim nə cürdür? Mənə nə cür yaşayacağımı öyrədə bilməzlər. Onlar özləri özlərini alçaldır. Dişlərini düzəltdirən insanlara deyirsiniz ki, niyə etmisən? Axı kimin nə ixtiyarı var ki, müəllimə, ictimai xadimə, aktyora üzünə nə etmisən desin? Bəyənmirsənsə, baxma, üzünü çevir".

Kino ulduzu daha sonra uğursuz əməliyyatlardan da danışıb:

"Heç kim özünü gülünc vəziyyətə salmaq istəməz. Əgər belə olubsa, onun günahı deyil, günah onu o günə salanındır. Bəzən mən də Moskvada cərrahların insanları nə hala saldığının şahidi oluram. Axı bu, bədbəxt nə etsin? Həm də məşhurlar estetik əməliyyatları özü üçün etmir, tamaşaçılar üçün edir".

Bağla X