ARB TV-nin "Kimi tapdın sən?” verilişinin qonağı aktrisa Pərvin Abıyeva olub. ARB TV-nin "Kimi tapdın sən?” verilişinin qonağı aktrisa Pərvin Abıyeva olub.

“Kişi olsam bütün günümü gözəl xanımla keçirərdim”

ARB TV-nin "Kimi tapdın sən?” verilişinin qonağı aktrisa Pərvin Abıyeva olub.

AzNews.az xəbər verir ki, aktrisa ARB-nin efirində "Bir günlük kişi olsaz, nə edərdiz?” sualına maraqlı cavab verib.

O, belə olan halda bütün gününü gözəl qızlarla keçirmək istədiyini bildirib:

"Kişi prizması ilə yanaşıram. Bilmirəm ki, insanlar məni nə dərəcədə düzgün başa düşəcək. Əslində kişilərin gözəl qızlara baxmağına pis bir şey kimi hesab etmirəm. Özüm də gözəllik vurğunuyam. Belə qız görəndə onlara baxıram, fikrimi də deyirəm. Gözəl qıza baxan kişini də qınamıram. Bəzən olur ki, qadın ərini öldürür ki, qıza niyə baxmısan? Axı mən də qadınlığımla baxıram, kişi necə baxmasın? Bir günlük kişi olsam, günümü gözəl bir xanımla keçirərdim. Bu proses mənə maraqlıdır”.

Aparıcının "Yəni, demək istədiz ki, kişi olsaydız, bir gününüzü özünüzlə keçirərdiz” sualına "Yox, məndən də gözəl qızlar var” cavabını verib.