Müğənni Rəhim Rəhimlinin həmkarı Kərim Abbasov barəsində dediyi qalmaqallı sözlər cavabsız qalmayıb. Müğənni Rəhim Rəhimlinin həmkarı Kərim Abbasov barəsində dediyi qalmaqallı sözlər cavabsız qalmayıb.

Rəhimə xəbərdarlıq - “Hər şeyi açıq deyərəm...”

Müğənni Rəhim Rəhimlinin həmkarı Kərim Abbasov barəsində dediyi qalmaqallı sözlər cavabsız qalmayıb.

Lent.az-ın məlumatına görə, K.Abbasov “Atv maqazin onlarla” verilişində R.Rəhimliyə xəbərdarlıq edib: “Ola bilər ki, Rəhim Niyam Salamisiz qala bilmir. Ağzına gələni danışır. Rəhim hər zaman özünə deyirdi ki, müğənni deyil. Müğənni deyilsənsə, bizim aramızda nə işin var? Birinci və axırıncı dəfə olsun ki, sənin adresindən mənim ünvanıma nəsə söz gəlir. Sən bilirsən ki, mən düzünü deyən insanam. Sən də istəməzsən ki, mən maqazin proqramına çıxım sənin barəndə nəsə düz söz deyim. Sus”.

Qeyd edək ki, R.Rəhimli K.Abbasov barəsində bu sözləri demişdi: “Niyamla Kərim bir şou göstərmişdi ki, gəl görəsən. Kərim bir də görürsən ki, Niyama deyir ki, cındir, şeytandır. Daha sonra barışırlar. Onlar bir-birlərini çox istəyirlər. Bir-birindən ayrı qala bilmirlər. İstəyirdilər ki, bu şouya məni də qatsınlar. Fikir vermədim. Ola bilsin ki, burada 30 insan olsun, o qədər adamın içində fikirini açıq deyə bilər. Düşünmür ki, ayıbdır. Çalışmışam ki, üz-üzə gəlməyək. Milyonlar qarşısında çirkab mövzuda danışmaq nə Nİyama, nə də Kərimə yaraşmadı”.

AzNews.az