İlhamə-Nazpəri davasına Məleykə Əsədova da qoşuldu


Xalq artisti İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva qalmaqalı böyüyür. İlhamə xanımın Nazpəri Dostəliyevaya ünvanladığı məktubunda aktrisa Məleykə Əsədovanın da adını çəkib: "Guya bir neçə xalq artistləri ilə mənim münasibətim pisdir. Bu, ağ yalandır. Əslində o, bu addımı atmaqla kampaniya yaratmaq fikrinə düşüb. Adları çəkilən sənətçilərdən birini çıxmaq şərti ilə - bu, Məleykə Əsədovadır, onu da məsuliyyətə cəlb etdirəcəm - hamısıyla dostam və mənim ətrafımdadırlar" - deyə bildirib.

Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədova AzNews.az-a açıqlamasında bildirdi ki, o, İlhamə Quliyevanı iki həftə bundan əvvəl hüquq-mühafizə orqanlarına verib: "Mən iki həftə bundan əvvəl hüquq mühafizə orqanlarına müraciət etmişəm".

Bahar Rüstəmli
AzNews.az