15:06
(077) 610-22-33

Məleykə Əsədova da “Bandattel”də dindirildi

  • >
520 4 Mart 2013 12:33 | Şou-biznes

İlhamə Quliyeva: “Mən də hara lazımdırsa, ora müraciət etdim”



Bir neçə gün bundan öncə xalq artisti Nazpəri Dostəliyevanın Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılması xəbəri mətbuatın gündəmini zəbt edib. Məsələ ilə bağlı bu gün AzNews.az-a daha bir məlumat daxil olub. Deyilənə görə, İlhamə xanımın iddiası ilə qeyd edilən idarədə həm də Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədova dindirilib.


Xalq artisti İlhamə Quliyeva AzNews.az-a açıqlamasında Məleykə Əsədovanın "Bandattel"də olması xəbərini təsdiqlədi: "O, da orada olub. Əcəb edib, öz işində olsun. Birinci bu işlərə kim əl atıb? "Qara məni basınca mən qaranı basım"… O, məni efirdə təhqir edib. Tutuquşuluq etməsinlər, özlərinin beyinləri olsun. Yox, siz məni efirdə söyün, təhqir edin məndə deyim çox sağ olun? Artıq gecdir. Siz yanlış addım atdınız. Mən də hara lazımdırsa, ora müraciət etdim".

Bahar Rüstəmli
AzNews.az

Bağla X