04:07
(077) 610-22-33

İlhamə Quliyevanın katibi: “Narahat olmasınlar, adları açıqlayacağıq”

  • >
499 6 Mart 2013 10:47 | Şou-biznes

Xəbər verdiyimiz kimi xalq artisti İlhamə Quliyeva "Müğənnilərin toxunulmazlığı haqqında" qanunun qəbul olunması üçün Milli Məclisin spikeri Oqtay Əsədova müraciət etmişdi.

Lakin həmin müraciət istər Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov, istərsə də sənətkarlar arasında birmənalı qarşılanmadı. Hətta xalq artisti Mənsum İbrahimov, Alim Qasımov, Akif İslamzadə bu qanunun qəbulunu lüzumsuz saydıqlarını dilə gətirərək müraciətə imza atmayıblar.

Maraqlıdır, bəs sözügedən müraciəti imzalayan sənətçilər kimlərdir?

Xalq artisti İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərli bununla bağlı AzNews.az-a verdiyi açıqlamada bildirdi ki, yaxın vaxtlarla Milli Məclisə müraciət edən sənətkarların adları mətbuata açıqlanacaq: "Heç kim narahat olmasın. Yaxın günlərdə Milli Məclisə müraciət edən xalq artistlərinin adları mətbuata açıqlanacaq. İlhamə xanım hər bir addımı faktla atır".

Bahar Rüstəmli
AzNews.az

Bağla X