Ötən gün müğənni Rəqsanə İsmayılova ailəli olduğunu sübut edib. Ötən gün müğənni Rəqsanə İsmayılova ailəli olduğunu sübut edib.

Rəqsanə sənəd paylaşdı: “Bir-bir otuzdurasan... nəslini-kökünü...”

Ötən gün müğənni Rəqsanə İsmayılova ailəli olduğunu sübut edib.

AzNews.az xəbər verir ki, müğənni həyat yoldaşı Fazil Əmiraslanovla nikahını sübuta yetirən dövlət sənədini yayaraq, haqqında gəzən şayiələrə son qoyub:

“Bu gün mənim ərimlə nikah bağladımız gündür. Biz çoxdan bərabərik, sadəcə olaraq nikaha bir az gec daxil olduq. Nikah şəhadətnaməsini paylaşmaqda məqsədim odur ki, ötən gün yoldaşımla bir balaca görüntü paylaşmışdım. Saytlar da yazıb ki, Rəqsanə Nadir Qafarzadənin ad gününə əri ilə birgə gəlib. Yazmaqlarına bir iradım yoxdu, lakin sosial şəbəkələrdə yazılan şərhləri oxudum, dəhşətə gəldim. Biz həqiqətən də "qılınc müsəlmanı"yıq. Bu qədər aqressiya, insafsızlıq olarmı? O yazanları tapıb bir-bir otuzdurasan, soruşasan ki, nəslini-kökünü tanıyırmı?

Yazırlar ki, kiminsə ailəsini dağıtmışam. Allah uzaq eləsin! Mən heç bir qadına qarşı bu hərəkəti etmərəm, heç bunu qəbul edə bilmərəm. Nə də ki, kiminsə ailəsi ola-ola, ikinci qadın olmaram. Mənim olan, mənə aid olmalıdır. Həyat yoldaşım neçə il bundan qabaq rusiyalı xanımla ailəli olub, ayrılıb. Heç kimin evini dağıtmamışam, ərim heç kimin kişisi deyil, halal nikahlımdır. Bu sənədi paylaşıram ki, dincəlin, bəsdir”.

Bahar RÜSTƏMLİ
AzNews.az