Əməkdar artist Nüşabə Ələsgərlinin həyat yoldaşı Rza Toni ilə sosial şəbəkədə paylaşdığı şəkil qalmaqala səbəb olub. Əməkdar artist Nüşabə Ələsgərlinin həyat yoldaşı Rza Toni ilə sosial şəbəkədə paylaşdığı şəkil qalmaqala səbəb olub.

Əməkdar artistin şəkli təhqir olundu: “Kimin ərini əlindən almışam...”

Əməkdar artist Nüşabə Ələsgərlinin həyat yoldaşı Rza Toni ilə sosial şəbəkədə paylaşdığı şəkil qalmaqala səbəb olub.

AzNews.az xəbər verir ki, müğənni əri ilə olan şəklini səhifəsində paylaşıb. İzləyicilər isə həmin şəklin şərh bölümündə ərinin Nüşabə Ələsgərliyə yaraşmadığını, hətta ərinin onun oğlu yaşında olduğunu qeyd ediblər.

Bundan əsəbləşən sənətçi, sosial şəbəkədə həmin izləyicini ağır təhqir edərək rəy bölümünü bağlayıb.

Nüşabə Ələsgərli AzNews.az-a açıqlamasında həmin insanların söyüşə layiq olduğunu bildirib:

“Rəy bölümünü bağladım. Əslində bunları mənim köməkçim edir. Mən hər adama baş qoşan deyiləm. Amma indi köməkçimin tərəfindən çıxış edirəm. Heç kəs oturduğu yerdə söyülmür. Mən ərimlə bundan əvvəl də şəkil paylaşmışdım. Kimin ərini əlindən almışam? Bunları yandıran nədir? Əcəb edib söymüşəm! O, buna layiqdir, buna! Hələ bir də burdan söyürəm”.

Bahar RÜSTƏMLİ
AzNews.az