Dünyanın tanınmış modellərinin iştirakıyla Türkiyənin ən böyük moda festivalına təşkilatçılıq edən “Dosso Dossi Fashion Show” bu dəfə Azərbaycanda moda festivalı keçirəcək. Dünyanın tanınmış modellərinin iştirakıyla Türkiyənin ən böyük moda festivalına təşkilatçılıq edən “Dosso Dossi Fashion Show” bu dəfə Azərbaycanda moda festivalı keçirəcək.

Türkiyənin tanınmış modelləri Bakıya gəlir: Moda festivalı olacaq

Dünyanın tanınmış modellərinin iştirakıyla Türkiyənin ən böyük moda festivalına təşkilatçılıq edən “Dosso Dossi Fashion Show” bu dəfə Azərbaycanda moda festivalı keçirəcək.

AzNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, tədbirin Bakıda 1-3 mart tarixlərində keçiriləcəyi gözlənilir.

Martın 2-də təşkil olunacaq dəfilədə tanınmış modellər Çağla Şikel, Özgə Ulusoy, Didem Soydan, Günay Musayeva və digərləri iştirak edəcəklər. Onlar türk modelyerlərinin 2018-ci ilin yaz kolleksiyasını nümayiş edəcəklər.

Expo Mərkəzdə baş tutacaq nümayişdən sonra tanınmış müğənnilər Röya Ayxan və Soso Pavliaşvilinin iştirakı ilə tədbir əyləvcə mərkəzində davam etdiriləcək.

Dosso Dossi Holdinqin idarə heyətinin sədri Hikmət Eraslan bu tədbirin ölkə xaricində keçirilən ilk belə nümayiş olduğunu deyib. O, həmçinin qardaş ölkədə belə nümayişin keçirilməsindən məmnun olduğunu, və Bakıda əsl festival ab-havası yaradacağını söyləyib.