Müğənni Natavan Həbibi bir müddət öncə “ATV maqazin 10larla” verilişində əməkdar artist Murad Dadaşov və müğənni Kərim Abasov haqqında səsləndirdiyi fikirlərə aydınlıq gətirib. Müğənni Natavan Həbibi bir müddət öncə “ATV maqazin 10larla” verilişində əməkdar artist Murad Dadaşov və müğənni Kərim Abasov haqqında səsləndirdiyi fikirlərə aydınlıq gətirib.

“Belə şeylər daha mənə təsir etmir”

Müğənni Natavan Həbibi bir müddət öncə “ATV maqazin 10larla” verilişində əməkdar artist Murad Dadaşov və müğənni Kərim Abasov haqqında səsləndirdiyi fikirlərə aydınlıq gətirib.

Musavat.com-a açıqlama verən müğənni M.Dadaşovla aralarında baş verənlərdən danışıb: “Sözün düzü, hələ ona zəng vurmamışam. Bilirsiniz, elə şeylər var ki, insana həmin an təsir edir. Bəlkə üz-üzə görüşdüyümüz zaman məsələni həll edə bilərik. Çünki vaxt keçdikcə yaranan vəziyyət öz əhəmiyyətini itirir. Artıq o söz-söhbətlərin içindən çıxmışam. Belə şeylər daha mənə təsir etmir. Bu səhifəni bağladım”.

İfaçı həmkarı Kərim Abasova yenidən ismarıc göndərib: “Hər kəsə deyiləcək sözün çoxdur. Ona görə də düşünürəm ki, əgər, biz bir-birimizə vaxtında qulaq assaq və harada danışıb, susmağın lazım olduğunu bilsək, daha gözəl olar. Çünki bir yerdə oturmuşuq və anamın hazırladığı yeməklərdən yemişik. Bu şeyləri danmaq olmaz. Necə ki, mən edirəm. Danışdı, cavabını aldı, qurtadı, getdi”.

İmicini dəyişən Natavan Həbibi yeni görünüşü haqqında bunları deyib: “Uzun zamandır saçlarımı bu formaya salmaq istəyirdim. Lakin stilistlərim bunun mənə yaraşmayacağını dedilər. Anar Ağakişiyevlə söhbət edərkən dedim ki, “çolka” kəsdirmək istəyirəm. Dedi sənə çox yaraşar. Yeni imicimi çox bəyəndim. Zövqlər müxtəlifdir”.

AzNews.az