"Gəlin bu bayram günləri kimsənin əhvalını pozmayaq, bayrmadan sonra danışarıq" "Gəlin bu bayram günləri kimsənin əhvalını pozmayaq, bayrmadan sonra danışarıq"

Flora Kərimova İlhaməyə “sürpriz“ hazırlayır

"Gəlin bu bayram günləri kimsənin əhvalını pozmayaq, bayrmadan sonra danışarıq"



Bir neçə gündür mətbuatın gündəmində olan əsas mövzulardan biri də xalq artistləri İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva və Məleykə Əsədova arasında yaşanan qalmaqalın əndazəni aşaraq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə qədər getməsi oldu. İş o yerə çatdı ki, Nazpəri Dostəliyeva və Məleykə Əsədova el arasında "bandotdel" kimi tanınan bu idarəyə dəvət olundular.

Moderator.az-ın əməkdaşı xalq artısti Flora Kərimovadan iki sənətçi arasında baş verənlərə münasibətini öyrənib. Görkəmli sənətkarımız bildirdi ki, o başqalarından fərqli olaraq hər zaman faktlarla, sübutlarla danışmağa üstünlük verib və buna görə də bu olaya yerli – yataqlı cavab vermək üçün əlində olan sənədləri bizə təqdim edəcək: "Doğrudur, Nazpəri xanım bu barədə bəzi fikirlər bildirdi, ancaq məndə olan faktlar düşünürəm ki, cəmiyyətimiz üçün daha maraqlı olacaq. Ancaq gəlin bu bayram günləri kimsənin əhvalını pozmayaq, bayrmadan sonra sizinlə görüşüb yerli - yataqlı danışaq, faktları, sənədləri sizə təqdim edim, qoy Azərbaycan bilsin ki, reallıq nə yerdədir."

AzNews.az