10:59
(077) 610-22-33

Əməkdar artist ikinci dəfə ana oldu

  • >
3 381 12 Mart 16:41 | Şou-biznes

Azərbaycanlı xoreoqraf, əməkdar incəsənət xadimi və tanınmış rəqqasə Nailə Məmmədzadə ikinci dəfə ana olub.

Publika.az xəbər verir ki, bu barədə tanınmış rejissor Ülviyyə Könül məlumat verib. Rejissor bildirib ki, Elnur Hüseynovun “Say Hallelujah” klipinin xoreoqrafı Nailə Məmmədzadə olub:

“Klipin təqdimat mərasimində Nailə xanım iştirak edə bilmədi. Çünki bir neçə gün əvvəl ana olub, xəstəxanadadır”.

Məlumat üçün bildirək ki, keçən il Azərbaycanı “Eurovision”da təmsil edən Diana Hacıyevanın müsabiqə nömrəsinin quruluşçu rejissorluğunu Azərbaycanın Əməkdar artisti, xoreoqraf Nailə Məmmədzadə edib.

Nailə Məmmədzadə Faiq Ağayevin “Aldatdı məni” klipindəki rolu ilə tanınıb.

AzNews.az

Bağla X