ARB TV-nin "Səhər-Səhər" verlişinin növbəti qonağı əməkdar artist Baloğlan Əşrəfov olub. ARB TV-nin "Səhər-Səhər" verlişinin növbəti qonağı əməkdar artist Baloğlan Əşrəfov olub.

“Cavanşiri ilk dəfə ansambla qarmon ifaçısı kimi mən gətirmişəm“

ARB TV-nin "Səhər-Səhər" verlişinin növbəti qonağı əməkdar artist Baloğlan Əşrəfov olub.

AzNews.az bildirir ki, Baloğlan Əşrəfov ilk dəfə əməkdar artist Cavanşir Məməmmədovu ansambla qarmon ifaçısı kimi gətirməsindən danışıb:

"1980-ci ildən "Vaqif" ansambılı yaranan gündən Polad Bülbüloğlu mənə dedi ki, niyə özünə ansambl düzəltmirsən. Niyə tez-tez konsert vermirsən. Dedim ansamblım yoxdur. Dedi ansambl düzəlt. Bu faktdır Cavanşir Məmmədovu ilk dəfə ansambla qarmon ifaçısı kimi gətirdi. Dedim Cavanşir mənə ansambl yarat. Bax o ansambl filarmoniyada imtahan verdi. Mədəniyyət Nazirliyindən Vaqif Əlixanov və digər adamlar gəlib oturdu. Rəsmi şəkildə təsdiq olundu. Mənim indi "peçatım" da var ki, bu ansambl təsdiq olunmuş ansambldır".