Aparıcı Kamran Həsənli Rusiyada yaşayan azərbaycanlıları tənqid etməsinə aydınlıq gətirib. Aparıcı Kamran Həsənli Rusiyada yaşayan azərbaycanlıları tənqid etməsinə aydınlıq gətirib.

Kamran Həsənli yenə də Rusiyadakı azərbaycanlılardan danışdı: “Diqqətli olsunlar...”

Aparıcı Kamran Həsənli Rusiyada yaşayan azərbaycanlıları tənqid etməsinə aydınlıq gətirib.

O, AzNews.az-a açıqlamasında bildirib ki, son zamanlar Azərbaycanda qeyri-peşəkar, zövqsüz, oxuya bilməyən müğənnilər tez-tez Rusiyaya dəvət edilir:

“Orada onlara böyük miqdarda pul verirlər. Onlar da həmin pulun sayəsində Azərbaycan efirlərini zəbt edib, kliplər çəkdirirlər. Bunu görən yaxşı müğənnilərimiz də pis mahnılar oxuyurlar ki, bəlkə onları da toya dəvət edələr. Belə getsə, yaxşı musiqilər ortalıqdan çıxacaq. Məni narahat edən budur. Ona görə də demişəm ki, diqqətli olsunlar, yaxşı, zövqlü müğənniləri dəvət etsinlər. Demişəm ki, oxuya bilməyən sənətçiləri tədbirlərinizə dəvət etməyin. Azərbaycanı Rusiyada tanıtdıran Rəşid Behbudov, Qara Qarayev, Müslüm Maqomayev və s. görkəmli sənət adamlarımız var. Məhz onlara görə bizi ən yüksək musiqi zövqü olan millət kimi tanıyıblar”.

Qeyd edək ki, Kamran Həsənli verilişlərin birində Rusiyada yaşayan azərbaycanlılar haqda tənqidi fikirlər səsləndirib. Şoumen orada yaşayan həmvətənlərimizi bayağı mahnılara daha çox qulaq asmaqda ittiham edib.

Bahar RÜSTƏMLİ
AzNews.az