— Əlbəttə ki, yox. Mən onun anadangəlmə xarakterini dəyişə bilərəm? Mən Röyanı İlhamə Quliyeva onu "iylənmiş", "bitli", "pinti" adlandıranda müdafiə eləmişəm. Mən dağ kimi onun dalında dayanmışam. Mənim Röyaya sadəcə qadın kimi iradım olub və dəfələrlə ona bu barədə demişəm. Əgər o, bunu qiymətləndirməyibsə və mənə orta barmağını göstəribsə, mən nə etməliyəm? Mən bütün bunları udub deməliyəm ki, "sağ ol, ay Röya, mən sənin sponsorlarından qorxuram?"

— Deməli, qalmaqal davam edəcək?

— Mən ona bu səbəbdən cavab vermişəm ki, o, məni siyasi fəaliyyətimlə vurmağa başlayıb. Ona müraciət edərək soruşmaq istəyirəm: "Sən bunları danışmağı utanmadın? Hamı sənə tüpürdü".

Röya indi ona görə susur ki, aşağı doğru yuvarlandığını başa düşüb. Faiq Ağayev də özünü belə yandırmışdı, məni incitməyə başladı və indi heç kimdir. Röya da həmin vəziyyətə çatıb. Onun istedadı yoxdur, sadəcə ürəkdən oxuyur. Amma o unudur ki, həmin ürəkdən hamıda var.

Mənim 77 yaşım var. Mən onun kimi axmaq deyiləm ki, sözləri qulaqardına vuram. Məndə ona cavab verəcək nələrsə var və bütün bunlara görə, o özü günahkardır. Necə yeddi yaşlı uşağın yanında unitazda otururmuş kimi oturub poz verərək orta barmağı göstərmək olar?!

Təəccüblüdür ki, Faiq, İlhamə və Röyanın hər üçünün hərəkətlərində eyni xətt, eyni ifadələr və eyni ittihamlar sezilir. Sanki onlar əkizlərdir. Röya anlamalıdır ki, məni özünün sponsorları ilə qorxuda bilməz. Onsuz da o sponsorlar uzun müddət onun dalında durmayacaqlar. Bunu başa düşmək üçün Röyanın, hətta qadın ağlı da çatmır.