Xalq artisti Nazpəri Dostəliyeva məşhurların sponsorlarından danışıb Xalq artisti Nazpəri Dostəliyeva məşhurların sponsorlarından danışıb

Nazpəri müğənnilərin sponsorlarından danışdı

Xalq artisti Nazpəri Dostəliyeva məşhurların sponsorlarından danışıb

AzNews.az-ın məlumatına görə, müğənni “APA TV”-nin “Show time” verilişində bildirib ki, bu mövzu son dövrlərdə daha çox akuallaşıb:

“Şou aləmində sponsor söhbəti hər zaman olub. Sovet dövründə müğənnilərin sponsoru yox idi. Şou aləminə sənəti sevən, sevməyənlər gəldi. Şöhrət axtaran, şöhrət arxasınca qaçanlar dedilər ki, niyə Nazpəri toya getdi, niyə oxuyan oldu?

Bəzən deyirlər ki, Nazpəri toydan çıxıb tanındı. Bütün mənə qarşı olan bu haqsızlıqlara hər zaman susmuşam. Heç vaxt özümü tərif dolu çıxışlarla kamera qarşısında təqdim eləməmişəm. Çünki mən bilirdim ki, əziyyətimin bəhrəsi olacaq”.