- Köhnə - Şou-biznes
- 22 May 2018 13:59
- 21 320
Modelin rüsvayçı şəkilləri hiddətə səbəb oldu: “Şəhidlər xiyabanında...” - Foto
Azərbaycanlı modelin fotoları ictimai qınağa tuş gəlib.
AzNews.az xəbər verir ki, "World Beauty Championship Dubai 2017" gözəllik yarışlarının iştirakçısı Leyla adlı model alt paltarında fotosessiya etdirib. Model həmin fotoları sosial şəbəkədə paylaşıb.
Modelin bu fotoları izləyicilər tərəfindən qınanılıb. Belə ki, Leyla məkan olaraq Dağüstü parkı seçsə də izləyicilərin çoxu hesab edir ki, bu fotolar Şəhidlər xiyabanında çəkilib. Onlar modelin bu hərəkətini Azərbaycan torpaqları uğrunda canlarını qurban verən şəhidlərin ruhuna hörmətsizlik kimi dəyərləndiriblər.
AzNews.az