“Maşın” realiti şousunun qalibi açıqlandı. “Maşın” realiti şousunun qalibi açıqlandı.

Roza Zərgərli qazandığı maşından imtina etdi - Video

“Maşın” realiti şousunun qalibi açıqlandı.

AzNews.az xəbər verir ki, şounun bu dəfəki qalibi müğənni Roza Zərgərli olub. Oyunu ilə hamını təəccübləndirən müğənni “Maşın”ın tarixində görünməyən bir addım atıb. O, 20 günə yaxın zəhməti ilə əldə etdiyi “Nissan Kicks”dən imtina edərək onu aparıcı Murad Dadaşovun rəhbəri olduğu “M Group Production”a qaytarıb: “Mən bura maşın üçün deyil, oyun üçün gəlmişdim. 18 nəfərin adından xahiş edirəm, bu maşını xeyriyyə üçün istifadə edin”.

Qeyd edək ki, Roza Zərgərli finalda Hüseyn Əzizoğlu ilə mübarizə aparırdı.

Bahar RÜSTƏMLİ
AzNews.az