Əməkdar artist, Kukla Teatrının aktyoru Rəhman Rəhmanov hər iki həyat yoldaşı ilə birgə çəkilən fotodan danışıb. Əməkdar artist, Kukla Teatrının aktyoru Rəhman Rəhmanov hər iki həyat yoldaşı ilə birgə çəkilən fotodan danışıb.

İki arvadı ilə birlikdə şəkil çəkdirən əməkdar artist: “Gözlərim üstlərindədir”

Əməkdar artist, Kukla Teatrının aktyoru Rəhman Rəhmanov hər iki həyat yoldaşı ilə birgə çəkilən fotodan danışıb.

Aktyor AzNews.az-a açıqlamasında bildirib ki, sözü gedən foto iki il bundan əvvəl çəkilib:

“Mən birinci həyat yoldaşımdan normal şəkildə ayrılmışam. O, mənim uşaqlarımın anasıdır. Bu gün onlarla əlaqələrimiz var. Uşaqlarımı atmamışam. Diqqətim həmişə üstlərindədir. Qadınlar biri-birinə qarşı xain deyillər. Gözəl münasibətləri var. Biri nəsə bir iş tutanda məsləhətləşirlər”.

Bahar RÜSTƏMLİ
AzNews.az