Azərin Türkiyədə ilkə imza atdı

Əməkdar artist Azərin Türkiyədə mükafatlandırılıb. AzNews.az-ın məlumatına görə, o, Türkiyənin mərhum siyasətçisi Muhsin Yazıçığolunun аdına təsis edilmiş "Basın ödülü" mükafatına layiq görülüb.

Xatırladaq ki, o, "Basın ödülü" mükafatına layiq görülən ilk sənət adamıdır. Bu mükafat ona mərhum siyasətçinin "Üşüyorom" adlı şerinə ifa etdiyi mahnıya görə verilib.

Bahar Rüstəmli
AzNews.az