Sentyabrın 21-i Aşura günüdür. Hər il olduğu kimi bu il də Aşura mərasimlərinin mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə keçirilməsi nəzərdə tutulub. Sentyabrın 21-i Aşura günüdür. Hər il olduğu kimi bu il də Aşura mərasimlərinin mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə keçirilməsi nəzərdə tutulub.

Sənətçilər aşura mərasimlərinə qatılacaqlarmı? - Sorğu

Sentyabrın 21-i Aşura günüdür. Hər il olduğu kimi bu il də Aşura mərasimlərinin mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə keçirilməsi nəzərdə tutulub.

Sənət adamlarından kimlər Aşura mərasimlərinə qatılacaq?

AzNews.az bunun bağlı keçirdiyi sorğunu tədqim edir:

Əməkdar artist Baloğlan Əşrəfov: “Mən bu saat Masallıda doğma kəndimdə ehsandayam. Sabah da özüm ehsan verəcəm. Bu gün başqa adamın ehsanını yeyirəm, sabah öz ehsanımı yeyəcəm. Bu, bizdə artıq adətdir. Mərərrəmlik ayı bizdə həmişə saxlanılır və ölənə kimi də davam edəcək. Bizim zonada məhərrəmlik ayı xüsusi keçir”.

Müğənni Xuraman Şuşalı: “Məhərrəmlik ayı bizdə qorunub, saxlanılır. Evdə televizor açmırıq, musiqi dinləmirik, bir sözlə, əyləncədən uzaq oluram. Ancaq mərsiyyələrə, Qurana qulaq asırıq. İmamlarımızın hörmətini saxlamalıyıq. Aşurəa günü məsçidlərə, İmam Hüseyn ehsanlarına gedirəm. Belə tədbirlərdən geri qalmırıq. Allah bizi bu sevgidən ayırmasın”.

Əməkdar artist, müğənni-bəstəkar Elza Seyidcahan: “Sovet vaxtından məçidlərə gedirik. Gözümüzü belə açmışıq və bu gün də o ənənəni davam etdiririk. İmamın 3, 7 və 40 mərasimində, Aşura günündə halva çalıb paylayıram. İmamların adlarını tutub arzu dilək tuturuq. Yenə də Aşura günü məscidə gedəcəm, ürəyimdən nə keçirsə, ora nəzir arapacağam. Bütün müsəlmanlar məhərrəmlik ayının tələblərini yerinə yetirməlidir”.

Xalq artisti Məzahir Süleymanov: “Belə ayinlər mənim üçün yaddır. Mən bir Allahı və onun rəsulunu tanıyıram”.

Xalq artisti Ramiz Məlik: “İstərdim ki, İmam Hüseynin qəhrəmanlığı, mərdliyi, Yezidə baş əyməməyi daha qabarıq verilsin, nəinki baş yarıb, qan tökmək, şaxsey-vaxsey eləmək. Düşmənin qanını tökərlər. Şiə müsəlmanlar 1440 il əvvəl baş vermiş hadisəni ifrat dərəcədə qeyd edirlər. Baxın, görün, nə oyundan çıxırlar?! Axı, səhid İmam Hüseyn belə istəməmişdi. Mərdliklə 72 qəhrəman silahdaşı ilə 3 minlik Yezidin (lənətulla-R.M.) ordusunun üzərinə getmişdi. Bu, qəhrəmanlıqdır. Bunu ruh yüksəkliyi ilə qeyd etmək lazımdır”.

Bahar RÜSTƏMLİ

AzNews.az