May ayında Böyük Britaniya şahzadəsi Harry ilə evlənən tanınmış aktrisa Meqan Markl Londondakı Qrenfell qalasında baş verən yanğından zərərçəkənlərə yemək bişirib. May ayında Böyük Britaniya şahzadəsi Harry ilə evlənən tanınmış aktrisa Meqan Markl Londondakı Qrenfell qalasında baş verən yanğından zərərçəkənlərə yemək bişirib.

Şahzadə arvadı önlüyünü geyindi, müsəlman qadınlara dolma bişirdi

May ayında Böyük Britaniya şahzadəsi Harry ilə evlənən tanınmış aktrisa Meqan Markl Londondakı Qrenfell qalasında baş verən yanğından zərərçəkənlərə yemək bişirib.

Aznews.az xarici KİV-ə istinadən xəbər verir ki, onun keçən il Londonda baş verən yanğında zərərçəkənləri gizli olaraq tez-tez ziyarət etdiyi ortaya çıxıb.

Markl çıxaracağı yemək kitabının ön sözündə də həmin qadınlardan yazıb: “Bura qadınların birlikdə güldüyü, ağladığı, yas tutduğu və yemək hazırladığı yerdir”.

Bildirilib ki, bu, kraliyət ailəsinin yeni üzvünün tək başına həyata keçirdiyi ilk layihədir.

Qeyd edək ki, 14 iyun 2017-ci ildə əsasən, müsəlman qadınların sığınacaq kimi istifadə olunan Qrenfell qalasında baş verən yanğında 72 nəfər ölüb.

Səidə Nurməmmədli,
AzNews.az

image description image description