“Yemək yeyə bilmirəm”. “Yemək yeyə bilmirəm”.

“Sağalma ehtimalım çox azdır” - “Toppuş” bacı

“Yemək yeyə bilmirəm”.

Bunu AzNews.az-a xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva deyib.

Onun sözlərinə görə, buna səbəb bir müddət əvvəl keçirdiyi mədə əməliyyatıdır: “Hazırda yaxşıyam, müalicələrim davam edir. Yaxşı qidalanmalıyam. Lakin mədəm əməliyyat olunduğundan yeyə bilmirəm. Yeyə bilmədiyim üçün sağalma ehtimalım azdır. Mədəm çox kiçikdir, qanım da aşağıdır. Həkimlər də kökəlməyi məsləhət görüb. İndi bilmirəm, nə edim. Bu əməliyyatı etdirdiyimə görə çox peşimanam”.

Qeyd edək ki, əməkdar artist xərçəng xəstəliyindən əziyyət çəkir.

Bahar RÜSTƏMLİ
AzNews.az