Əməkdar artist Mətanət İsgəndərli şəxsi həyatından danışıb. Əməkdar artist Mətanət İsgəndərli şəxsi həyatından danışıb.

“Belə necə yaşamaq olar?..” - Mətanət İsgəndərli sevgi axtarır

Əməkdar artist Mətanət İsgəndərli şəxsi həyatından danışıb.

AzNews.az teleqraf.com-un məlumatına istinadən xəbər verir ki, 56 yaşlı müğənni bildirib ki, sevmək və sevilmək istəyir: “Eşqsiz insan necə yaşaya bilər? Sevmək gözəl hisdir. İstəmirəm dərinliyə gedim, Allah nə yazıbsa, o olacaq. Oğlum Kərim məni öldürür ki, ana, sevgidən danışma. İnsana birdən darıxmaq gəlir... İstəyirsən sənin nazını çəkən, qayğına qalan biri olsun. Yaşa dolduqca ömür-gün yoldaşına ehtiyacın olur”.

Qeyd edək ki, Mətanət İsgəndərli bir dəfə Oruc Həmidov adlı şəxslə evli olub, boşanıb. Boşanandan bir neçə il sonra həyat yoldaşı vəfat edib.

Müğənninin həmin evlilikdən 2 övladı var.

AzNews.az