- Köhnə - Şou-biznes
- 19 Sentyabr 2018 14:48
- 4 972
“Atamı tanımıram” - Rəqsanənin qızı
“Atam yanımdan keçsə, onu tanımıram”.
AzNews.az xəbər verir ki, bunu müğənni Rəqsanənin qızı Aysun İsmayılova ARB telekanalında dəvət olunduğu verilişdə deyib.
O qeyd edib ki, 14 yaşı olanda atasını axtarıb: “Onu 14 yaşımda tapdım. Məni qəbul etmədi, “səni istəmirəm, Aysun adında övladım yodur”, - dedi. Niyə bilmirəm? Amma modelyer, müğənni olandan sonra məni axtarmağa başlayıblar ki, atası onu görmək istəyir. Gözüm aydın. Nədir ki, pulum var. Mənim bir atam var, o da anamın hazırkı həyat yoldaşıdır”.
Bahar RÜSTƏMLİ
AzNews.az