“Angelika oğlumun həyatına zəhər qatıb, öldürdü”. “Angelika oğlumun həyatına zəhər qatıb, öldürdü”.

Anar Nağılbazın atasından Şok sözlər: - “Oğlumu Anjelika öldürdü” (Foto, video)

“Angelika oğlumun həyatına zəhər qatıb, öldürdü”.

Az.news.az-ın xəbərinə görə, bunu ARB TV-nin “Səhər- Səhər” proqramında mərhum reper Anar Nağılbazın atası Rizvan Cəbiyev deyib.

Reperin sağ vaxtında Anarın həyat yoldaşı Anjelikanın övladlarının onunla görüşməsinə icazə vermədiyini deyən Rizvan Cəbiyev bundan sonra hər zaman nəvələrinin yanında olacağını, əlindən gələn köməyi əsirgəməcəyinivurğulayıb:

“Bundan sonra onların arxasındayam. Nəvələrim mənim üçün Anar Nağılbazın ən böyük əsəridir. Anarla bağlı olan hər şey mənim səsimi titrədir, gözlərimi yaşardır. Ona görə məni çox danışdırmayın. Anjelika ilə bizim ulduzumuz barışmaz. O bizə böyük dağ çəkdi. Anası bu gün də ağlaya-ağlaya deyir ki, Anarı o öldürdü. Birbaşa tapança, bıçaq və ya zəhərlə öldürməsə də, həyatına zəhər qatıb öldürdü”.

Qeyd edək ki, reper Anar Nağılbaz ötən ay vəfat edib.

AzNews.az